
Sumqayıtda notariat kontoru yandı. Gununsesi.info xəbər verir ki, Sumqayıt şəhəri 1 sayli notariat kontorunun xüsusi notariusu Əbulfəz Bunyatova məxsus olan Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən notariat kontorunda yanğın baş verib. FHN-nin əməkdaşları yanğını söndürüblər. Arxivdə olan sənədlərin bəziləri yanıb.
Yanğının səbəbi məlum deyil.
Hadisə ilə bağlı araşdırmalar aparılır.












