Sumqayıtda TORPAQ UÇQUNU - Ölən var

  • By admin
  • 01 İyun 2018 15:38

Sumqayıtda 3 nəfər torpaq uçqunu altında qalıb, 1 nəfər ölüb.

Gununsesi.info Az report-a istinadən xəbər verir ki, hadisə Sumqayıtda qazıntı işləri aparılan ərazidə baş verib.

Hadisə nəticəsində 3 nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsa da, 1 nəfər, 1986-cı il təvəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.