Sumqayıtda yataqxanada partlayış - 15 NƏFƏR XİLAS EDİLİB - FOTOLAR- YENİLƏNİB (2)

  • Müəllif: admin
  • 06 Avqust 2017 08:15

yataq0jpg-22-19-36
Sumqayıtda yataqxanada partlayış olub.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

Hadisə nəticəsində FHN-nin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.

Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

FHN-dən  verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

Yanğın artıq söndürülüb.

Bu barədə isə APA-ya  Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hadisə yerinə dərhal cəlb edilən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürmə briqadası sakinləri binadan təxliyə ediblər.

Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb.

Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb, daha 8 ailə yerli sakinlərdir.

FHN-nin rəsmi saytında bildirilir ki, yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın beşmərtəbəli yaşayış binasının dəhlizində və mətbəxində olub. Əlavə məlumat veriləcək.

***

FHN Sumqayıtda yataqxanada baş verən yanğınla əlaqədar məlumat yayıb.

Məlumatda bildirilir ki, yanğın Sumqayıt şəhərində ümumi sahəsi 4420 m² olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində baş verib.

Nəticədə dəhlizdə taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 m² sahədə və 15 otağın giriş qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

yataqjpg

yataq2jpg

Gununsesi.info