MDB ölkələri milli idman növlərinin və oyunlarının birinci festivalı keçiriləcək

  • By admin
  • 05 Avqust 2017 23:48

mdb-2017

Müstəqil Dövlətlər Birliyi ölkələrinin ən iri idman tədbiri təşkil olunur.

Gununsesi.info xəbər verir ki, avqustun 12-15-də Rusiyanın Ulyanovsk vilayətində MDB ölkələrinin milli idman növlərinin və oyunlarının birinci festivalı keçiriləcək. Bu festivala 1000-dən çox idmançı və 70 mindən çox azarkeş qatılacaq. Azərbaycanın da iştirak edəcəyi bu mötəbər tədbirin proqramına Olimpiya və qeyri-Olimpiya idman növləri daxil edilib.

Təntənəli paradla başlayacaq festivalda MDB xalqlarının milli idman ənənələri ilə bağlı sərgi, Birliyə üzv ölkələrin idman kinosu festivalı keçiriləcək. Həmçinin MDB ölkələri və xalqlarının dostluğu parkının təməli qoyulacaq. Bundan başqa, idman və estrada ulduzları ilə gündəlik təlimlər, beynəlxalq etno-mədəni forum təşkil ediləcək.

Festivalda 70 dəst medal uğrunda mübarizə aparılacaq.

Gununsesi.info