Bir proqram süni intellekt vasitəsilə musiqi və ya vizual əsər yaradır.
Belə hallarda müəllif hüquqları kimə aiddir – proqram yaradana yoxsa alqoritmin özünə?
Hüquqşünas Rəşad Səfərov bu barədə Gununsesi.info-ya danışıb.
O, deyib:
“Hal-hazırda beynəlxalq müəlliflik hüququ süni intellekt tərəfindən yaradılmış əsərləri insan yaradıcılığı kimi qiymətləndirmir. Bu halda, hüquqi baxımdan insan müdaxiləsi və proqramın yaradıcıları əsas götürülür. Lakin, bu sahədə yeni qanun və baxışların formalaşması hələ davam edir”.
Elmar












