Suraxanıda ər qeyri rəsmi arvadını bıçaqlayıb - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 09 İyun 2016 11:49

Suraxani Shekiller (2)

İyunun 6-da Suraxanı rayon sakini Aytəkin  Qudrətova bıçaq xəsarəti ilə  xəstəxanaya çatdırılıb. Gununsesi.info xəbər verir ki, hadisədən sonra həkimlər dərhal rayon polis idarəsinə məlumat veriblər. Xəstəxanaya gələn polislər 43 yaşlı qadınla  söhbət edərək onu bıçaqlayan şəxsin qadınla qeyri-rəsmi əri olan 50 yaşlı Bəxtiyar Məmmədov olduğunu aşkarlayıblar. Yaxalanaraq istintaqa təhvil verilən Bəxtiyarın sözlərinə görə, Aytəkinlə birgə nigahdan azyaşlı övladları da var.

Məlumata görə, hadisəni törədən Bəxtiyar Məmmədov iyun ayının 6-sı uşağı ilə birlikdə 50 yaşını qeyd etmək üçün Astaraya yollanıb. Ad gününü qeyd edib geri qayıdanda Aytəkin onları soyuq qarşılayıb. Bəxtiyar Məmmədov həyat yoldaşının pis ana olmadığını deyir. Bütün bunlara baxmayaraq Bəxtiyar əməlindən peşman olmadığını deyir. Əvvələrdə məhkumluq həyatı yaşayan Bəxtiyar Məmmədova CM 126.1 qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə cinayət işi başlanıb.

Gununsesi.info

 

Suraxani Shekiller (3)

 

Suraxani Shekiller (1)

Suraxani Shekiller (5)

 

Suraxani Shekiller (4)