Suriya danışıqlarının növbəti raundunun vaxtı bəlli oldu

  • Müəllif: admin
  • 01 Mart 2017 20:21

bmt suriya

Cenevrədə Suriya üzrə danışıqların dördüncü raundu martın 3-də başa çatacaq, beşinci raund isə martın 20-da keçiriləcək.

Gununsesi.info APA-ya istinadən bildirir ki, RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Suriyanın BMT-dəki daimi nümayəndəliyindən bildiriblər.

“BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura hazırkı raundu martın 3-də bitirməyi planlaşdırır. Növbəti görüşün keçirilməsi martın 20-ə planlaşdırılır. Dördüncü raundun son görüşləri martın 3-4-də başa çatacaq.”, məlumatda qeyd olunur.

Qeyd edək ki, Cenevrədə Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı danışıqlar davam edir.

Gununsesi.info