

“Suriya münaqişəsinin həlllində iştirak edən tərəflər böhranın həlli ilə bağlı son qərarlarını sentyabrın 14-də Astanada keçiriləcək görüşdə verməlidirlər”.
Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Astanada çıxış edib.
Qazaxstanda rəsmi səfərdə olan Ərdoğan bəyan edib ki, sentyabrın 14-də Astanada Suriya ilə bağlı keçiriləcək danışıqlar çox önəmlidir.
“Bildiyim qədər artıq ilkin hazırlıq işləri yekunlaşıb. Burada yekun qərara gəlinməlidir. Allahın köməyi ilə biz Astanada Suriya böhranının həlli ilə bağlı aparılan danışıqların bəhrəsini görəcəyik. Hesab edirəm ki, bu qərar Cenevrə prosesinin də işini yüngülləşdirəcək”- deyə, Ərdoğan vurğulayıb.
Gununsesi.info