Suriya rəsmi mediası: Bağdadi Rakkada öldürüldü

  • Müəllif: admin
  • 11 İyun 2017 13:42

 bagdadi

 

İŞİD terror təşkilatının rəhbəri Əbubəkir Bağdadi Suriyanın Rakka şəhərinə endirilən aviazərbələr nəticəsində zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

İŞİD-ə bağlı “Amaq” nəşri isə faktı hələ ki, təsdiqləməyib.

Qeyd edək ki, bundan öncə də dəfələrlə Bağdadinin öldürülməsi ilə bağlı dezinformasiyalar ötürülüb.

 

Gununsesi.info