Nazirlik əhaliyə xəbərdarlıq etdi: qarşıdakı 2 gündə...

  • Müəllif: admin
  • 11 İyun 2017 13:55

 e7ca7b029c790f3fceae20d4d100f1af

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə müraciət edib. Lent.az xəbər verir ki, müraciətdə hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Bildirilib ki, iyunun 12-dən 13-ü gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  lokal leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

 

Gununsesi.info