“Suriyada atəşkəsi təmin etməyi bacardıq” - PUTİN

  • Müəllif: admin
  • 31 May 2017 10:26

01

“Türkiyə və İranın sayəsində Suriyada atəşkəsi təmin etməyi bacardıq”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin mətbuata açıqlamasında belə deyib.

Belə ki, Rusiya lideri atəşkəsin təmin olunmasında Suriya hökumət qüvvələri ilə Suriya silahlı müxaliflərinin göstərdikləri səyləri də xüsusi vurğulayıb.

“İlk öncə Türkiyə və İranın rolunu qeyd etmək istəyirəm. Türkiyə və İranın sayəsində biz atəşkəsi təmin etməyi bacardıq. Təbii ki, burada Suriya hökumət qüvvələri ilə Suriya silahlı müxaliflərin atəşkəsi təmin olunmasında lazımi səy göstərməsəydilər, o zaman atəşkəsi təmin etmək mümkün olmazdı. Bu sülh yolunda atılan çox əhəmiyyətli və ilk ciddi addım idi” -, deyə Vladimir Putin bildirib.

Anar

Gununsesi.info