Suriyada İŞİD kürd yaraqlılarına hücum edib: 18 ölü

  • Müəllif: admin
  • 07 İyul 2018 09:41

İŞİD terror qruplaşmasının yaraqlıları Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Buseyra yaşayış məntəqəsində “Suriya demokratik qüvvələri” koalisiyasından olan kürd silahlılarının düşərgəsi yaxınlığında minalanmış avtomobil partladıblar.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, bu barədə cümə günü “El Nashra” portalı məlumat yayıb.

Bildirilir ki, terror aktı nəticəsində 18 nəfər ölüb. Onların arasında koalisiyanın 10 yaraqlısı və bir səhra komandiri var.