“Suriyada yeni bir savaş başlayır”

  • By admin
  • 16 Aprel 2017 12:25

suriya pkk

 

Bu hücum bir dəfə başladısa, davam edəcək.

Axar.az xəbər verir ki, bu sözləri İstanbul Ticarət Universitetinin müəllimi Həsən Bəsri Yalçın məqaləsində bildirib.

“Bu hücumun nə qədər kiçik olduğunun bir əhəmiyyəti yoxdur. Daha sonra edilən açıqlamaların da bir əhəmiyyəti yoxdur. Mühüm olan bu prosesin öz dinamikasıdır. Bu tipik bir böhran artırma prosesidir. Belə kiçik bir addımla başlayır. Sonra qarşıdan bir az daha böyük bir cavab gəlir. Sonra bu tərəfdən bir addım daha atılır və yavaş-yavaş “havalar isinir”. Bu səbəbdən də nə qədər raket atıldığı, təcavüzün neçə rejim əsgərinin həyatına son qoyduğu və ya hava bazasına nə qədər təsir göstərdiyi kimi mübahisələr lazımsız detallardır. Bu ədədi deyil, keyfiyyət baxımından əhəmiyyətli bir addım oldu”, – Yalçın qeyd edib.

 

Gununsesi.info