Suriyadakı ABŞ bazasına hücum edildi

  • By admin
  • 20 Yanvar 2023 21:02

ABŞ-ın Suriyadakı Əl-Tanf bölgəsindəki bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hücum edən PUA-lardan dördü ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən vurulub, digəri bazaya dəyib.

Hücum zamanı itkilərin olub-olmadığı barədə məlumat verilməyib. PUA-ların kim tərəfindən göndərildiyi açıqlanmayıb.

Qeyd edək ki, Əl-Tanf Suriya, İordaniya və İraq arasındakı sərhəddə yerləşir.

Gununsesi.info