“Suriyadan ordunun çıxarılması strateji səhvdir” - RESPUBLİKAÇILAR TRAMPA QARŞI

  • By admin
  • 19 Oktyabr 2019 15:05

ABŞ qoşunlarının Suriyadan çıxarılması, ciddi strateji səhvdir.

Gununsesi.org xəbər verir ki, bunu ABŞ Senatındakı respublikaçıların lideri Mişel Makkonel deyib. O bu qərarın ABŞ-ın təhlükəsizliyinə təsir göstərəcəyini bildirib:

“ABŞ qoşunlarının Suriyadan çıxarılması ciddi strateji səhvdir. Bu, Amerika xalqının və ölkəsinin təhlükəsizliyini təhdid altında qoyacaq, düşmənlərimizi ilhamlandırıb, vacib alyansları zəiflədəcək. Suriyadan qoşunlarının çıxarılması, Obama dönəmində İraqdan qoşunların çıxarılmasından sonra yaranan nəticələri təkrarlayacaq”.

 

 

Gununsesi.org