Suriyanın baş naziri İrandadır

  • By admin
  • 04 Avqust 2017 23:20

4bmt50acfc9df6lvy1-800c450

Suriyanın baş naziri İmad Xəmis İran prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana gəlib.

Gununsesi.info-nun APA-ya  istinadən verdiyi xəbərə görə, İmad Xəmis mərasimdə Suriyaprezidenti Bəşər Əsədi təmsil edəcək.

Baş nazir həmçinin Tehranda İran rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri müzakirə ediləcək

Qeyd edək ki, bu ilin yanvarında İranla Suriya arasında 5 iqtisadi saziş imzalanıb.

Xatırladaq ki, Həsən Ruhani mayın 19-da ikinci dəfə İran prezidenti seçilib. Onun andiçmə mərasimi avqustun 5-də keçiriləcək.

Gununsesi.info