Türkiyədə 2 ailə arasında silahlı dava 15 nəfərin yaralanması ilə nəticələndi - FOTO

  • By admin
  • 04 Avqust 2017 23:17

aile

Türkiyənin Karabük rayonunda iki ailə arasındakı münaqişə qanlı bitib.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həm qohum, həm də qonşu olan iki ailənin uşaqları arasında mübahisə çıxıb.

Daha sonra digər üzvlər də mübahisəyə qoşulduğu üçün tərəflər arasında dava çıxıb. Tüfənglərin də istifadə olunduğu davada 15 nəfər yaralanıb. Yaralılar hadisə yerinə çağırılan təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Polis 3 nəfər saxlayaraq bölməyə aparıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info