Sürücü beton qarışdıran kamazın altında qalaraq öldü

  • By Günel
  • 09 Fevral 2025 14:11

Balakəndə beton qarışdıran maşın aşıb, ölən var.

Gununsesi.info xəbər verir ki, fevralın 8-də saat 13 radələrində rayonun Gərəkli kəndi ərazisində yerləşən Mazımqara yaşayış məntəqəsində “KamAZ” markalı beton qarışdıran nəqliyyat vasitəsinin sürücüsü 1956-cı il təvəllüdlü Fərzəliyev Əsgər Umar oğlu iş zamanı idarə etdiyi həmin nəqliyyat vasitəsini aşırıb.

Hadisə nəticəsində sürücü avtomobilin altında qalaraq dünyasını dəyişib.

Gununsesi.info