Sürüşmə zonalarında vəziyyət kəskinləşib

  • By admin
  • 17 Oktyabr 2016 11:28

yarqan

Son zamanlar yağan yağışlar cənub-şərq, xüsusilə şərq rayonlarındakı sürüşmə zonalarında vəziyyəti xeyli kəskinləşdirib.

Gununsesi.info bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrfaiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya deyib ki, sürüşmə zonalarında gözəçarpan fəallıq müşahidə olunur və sürüşmə fəal inkişafdadır.

Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Bakı, Lənkəranda daha güclü yağışlar yağdığını deyən direktor müavini “Bu da o deməkdir ki, vəziyyət pisdir, belə davam edərsə, nəticə daha da pis olacaq və vəziyyət xeyli çətinləşəcək. Son günlər Zığ, Qaraçuxur, Masazır, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Xızı, Şabran, Siyəzən, Lənkəran, Lerik, Qusar, Yardımlıda sürüşmə sahələrində fəallaşma var idi. Yağışlar intensiv damam edir. Bəlkə də bu gün orada yolların bir hissəsi bağlanacaq. Bu yağışlardan sonra vəziyyət daha da pis olacaq” – deyə, bildirib.

Gununsesi.info