Avtomobil “Qanlı dərə”yə aşdı - Sürücünün vəziyyəti ağırdır

  • By admin
  • 17 Oktyabr 2016 11:32

qeza

Şirvanda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə ötən gün Salyan-Şirvan avtomobil yolunun Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsinin ərazisində qeydə alınıb. Belə ki, Salyan rayonunun Arxarası kənd sakini, 36 yaşlı Teymur İsmayılov idarə etdiyi  “Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın yoldan çıxaraq “Qanlı dərə” adlanan yerə aşıb. Nəticədə sürücü kəllə-beyin travması ilə ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.