Tovuza qonaq getdi, kənd sakinin 15 inəyini oğurladı - FOTO

  • By admin
  • 17 Oktyabr 2016 11:36

ogruto

İstirahət etmək məqsədi ilə gəldiyi rayondan 15 baş inək oğurladı.

Gununsesi.info xəbər verir ki, Ağstafadan Tovuzun dağ kəndlərinə dincəlməyə gələn 22 yaşlı Nurlan Misirov yol kənarında otlaqda sahibsiz gördüyü iribuynuzlu mal-qaraya göz qoyur. Köçəsgər kənd sakini əvvəlcə rayonun Dondar Quşçu kənd sakini Aqil Ələkbərovun 8 baş inəyini örüşdən oğurlayır. İşini ehtiyyatlı tutan “qəhrəman” mal-qaranı yaxın ərazidə deyil Bərdə bazarında satmaq qərarına gəlir. İstəyinə çatan gənc heyvanlardan 2 min manat gəlir əldə edir. “Biznesin” uğurlu alındığını zənn edən Nurlan növbəti hədəf Azaflı kəndini seçir. Burada otlaqda sahibsiz olan bir neçə sakinə məxsus 7 baş iribunuzlu heyvanı ərazidən çıxarmağa nail olsada amma planı baş tutmur. Tovuz polisi 22 yaşlı Köçəsgər kənd sakini iş başında saxlıyır.Əməlindən peşman olan Nurlan Misirov oğurluq edən zaman mal-qaranın sahibsiz otlamasını onun daha çox işinə yaradığını bildirdi. Elə tək başına 15 baş mal-qaranı rahat aparıb Ağstafa ərazisinə keçirə bilməsini də bu amillə əlaqələndirdi. Tovuz Polisi tərəfindən saxlanılan 22 yaşlı gəncin digər oğurluq hadislərində iştirakının olub olmaması araşdırılır.

ogrut

Gununsesi.info