“Survivor”da həyəcanlı anlar yaşanıb

  • By admin
  • 24 Mart 2017 07:47

acun_survivor

TV 8-də yayımlanan “Survivor 2017” yarışmasında birləşmə mərhələsə qısa vaxt qaldığı ərəfədə həyəcan daha da artır.

Gununsesi.info axsam.az-a istinadən xəbər verir ki, bir-birinin ardınca iştirakçı itirən məşhurlar komandası mükafat yarışmasını qazanmaq üçün çalışıblar.

Acun İlıcalı sonuncu yarışmada dizləri parçalanan iştirakçının fotosunu paylaşıb. Aparıcı İnstaqramda yerləşdirdiyi şəklə “Survivor”da bu gün böyük mübarizə var idi, yarışmaçıların əsəbi başqa bir səviyyədə idi. Fotonun orijinalını qoya bilmədim, çox qan var idi, amma müdaxilə edildi. Vəziyyəti yaxşıdır” sözlərini yazıb. O, yaralanan iştirakçının adını gizli saxlayıb.

survivor

Gununsesi.info