Şuşada Azərbaycan Türkiyə və Gürcüstan parlamentarilərinin iclası keçirilir

  • By admin
  • 22 May 2022 13:16

Şuşa şəhərində Azərbaycan,Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilir.

Gununsesi.info xəbər verir ki, toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər müzakirə olunur.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə ölkə parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.

Gununsesi.info