Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salındı

  • Müəllif: Firuzə
  • 25 May 2026 11:17

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Gununsesi.info-nun xəbərinə görə, qayıdış proqramına uyğun olaraq Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb.

Bu mərhələdə Böyük Qaladərəsi kəndinə 14 ailədən 64 nəfər öz doğma yurduna yola salınıb.

Şuşanın Böyük Qaladərəsi kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Gununsesi.info