Şvartsenegger: “Deyəsən, Tramp məni sevir…”

  • Müəllif: admin
  • 08 Mart 2017 21:14

2836e5e29d411691b66147978e97ecb5

 

Dünya şöhrətli aktyor, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneggerlə ABŞ Prezidenti Donald Tramp arasında qalmaqal davam edir.

Gununsesi.info xəbər verir ki, Şvartsenegger bir radio kanalına müsahibəsində jurnalistin “Tramp niyə davamlı olaraq sizin haqqınızda danışır” sualına məzəli şəkildə “Deyəsən, o, məni sevir” cavabını verib.

Siyasət haqda da fikirlərini bölüşən aktyor Donald Trampın bu işi bacarmadığını yenidən vurğulayıb.

Qeyd edək ki, Arnold Şvartsenegger daha əvvəl Trampa, “Tramp, gəl işlərimizi dəyişək: sən veriliş apar, belə şeyləri yaxşı bacarırsan. Mən də prezident olum, beləcə xalq da gecə rahat yatsın”, – deyib.

 

Gununsesi.info