Qvatemalada reabilitasiya mərkəzi yanıb, 9 uşaq ölüb

  • Müəllif: admin
  • 08 Mart 2017 20:56

yangin

 

Qvatemalanın paytaxtında ailə zorakılığı qurbanları üçün reabilitasiya mərkəzində güclü yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 9 uşaq ölüb.

Daha 20 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Təsdiqlənməmiş məlumatlara görə, yanğın zamanı 17 nəfər ölüb, 30 nəfər yaralanıb. Faciənin səbəbləri hələ ki, açıqlanmır.

 

Gununsesi.info