“The Telegraph” yazır ki, ABŞ-da hər il keçirilən Milli Dua Ziyafəti (National Prayer Breakfast) zamanı çıxışında Donald Trump vaxtilə özünün apardığı “The Apprentice” teleşousunun reytinqdən düşməsinə görə verilişin indiki aparıcısı aktyor Arnold Schwarzenegger-ə sataşıb.
Gununsesi.info-nun məlumatına görə, o, “mən prezidentlik kampaniyası aparanda məcbur olub verilişin aparıcılığından çıxdım. Onlar da gedib bir yekə, yekə ulduz tapdılar mənim yerimə. Arnold Schwarzenegger-i…” – deyib.
“Gördünüz də nəticəsi nə oldu. Reytinq guppultu ilə düşdü. Mən dua etmək istəyirəm ki, Allah bu reytinq məsələsində Arnold Schwarzenegger-ə kömək olsun” – deyə, davam edib prezident.
Arnold Schwarzenegger öz növbəsində Trump-ın atmacalarına Tvitter hesabından videoçıxışla cavab verib.
O, deyib ki, vəzifəsini Trump-la dəyişməyə hazırdır.
“Heç olmasa dünya rahat yatar” – deyib aktyor.
Gununsesi.info