Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili istefa verib.
Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.
O, M.Batiaşvilinin öz istəyi ilə vəzifəsini tərk etdiyini deyib.
Qeyd edək ki, M.Batiaşvili 2018-ci ilin iyulundan Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsini tuturdu.