TƏBİB-dən xəstəxanalarda oksigen balonlarının çatışmazlığı iddialarına cavab

  • By admin
  • 10 Avqust 2021 11:26

Son günlər xəstəxanalarda oksigen balonlarının çatışmazlığı ilə bağlı problemlərin olduğu barədə məlumatlar yayılır. 

Bildirilir ki, bu problem nəticəsində koronavirusa (COVID-19) yoluxan xəstələrinin vəziyyəti ağırlaşır.

Gununsesi.info xəbər verir ki, TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış Oxu.Aza açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Hazırda koronavirus və qeyri-COVID tibb müəssisələrində oksigen balonları ilə bağlı heç bir problem yaşanmır”.