TƏBİB: Koronavirusa qarşı peyvəndin gələn ilin aprelinə hazır olacağı gözlənilir

  • By admin
  • 19 Noyabr 2020 14:53

“Hələlik koronavirusa qarşı hansısa peyvəndin hazır olmasından söhbət getmir”

Gununsesi.info-nun məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

“Peyvəndin gələn ilə, gələn ilin aprelinə hazır olacağı gözlənilir”, – deyə TƏBİB rəsmisi qeyd edib.

 

 

Gununsesi.info