Təhsil adına rəzalət -LERİK SAKİNİ ÖVLADINI MƏKTƏBƏ BELƏ APARIR/ VİDEO

  • By admin
  • 03 Oktyabr 2021 23:45

 

Yeni tədris ilinin başlanması ölkə təhsilinin illərdən bəri həllini tapmayan problemlərini yenidən aktuallaşdırıb.

Artıq sosial şəbəkələrdə ölkənin bir sıra rayon və şəhərlərində orta məktəblərdəki problemləri əks etdirən çoxsaylı faktlar ictimailəşdirilir.

Sosial şəbəkələrdə yayılan bir video isə insanların təəccübünə səbəb olub.

Belə ki, Lerikin Miki kəndinin sakini Fuad Salayev adlı vətəndaşın öz övladını təhsil üçün qonşu kəndə ayaqyalın çayı keçərək aparması barədə video yayılıb.

Videoda görünür ki, kəndlər arasında körpü olmadığı üçün valideyn öz övladını belinə alaraq, çayı keçirir.

Şəbəkə istifadəçiləri bununla bağlı rəylərində ölkənin təhsil naziri Emin Əmirullayevi və adıçəkilən rayonun icra başçısını sərt tənqid ediblər.

Gununsesi.info