Təhvil verilməyən binalarda mənzil satmaq çətinləşir - SƏBƏB

  • Müəllif: admin
  • 09 Fevral 2018 15:58

Xəbər verildiyi kimi, Azərbaycay Mülki Məcəlləsində bir sıra dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, yeni tikiləcək göydələnlərdə satılacaq mənzillərlə bağlı qaydalar nisbətət sərtləşdirildi. Belə ki, bina təhvil verilmədən mənzillərun satışı o qədər də asan olmayacaq.

Eyni zamanda notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənədləri elektron qaydada əldə etmək mümkün olacaq.

Bundan başqa, binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Ümumiyyətlə, daşınmaz əmlakla bağlı xeyli dəyişikliklər nəzərdə tutulub. Ekspertlərə görə, qanunda aparılan bu islahatlar yeni binalardan mənzil alan payçıların hüquqları üçün mühim əhəmiyyət daşıyır.

Gununsesi.info daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyevə istinadən xəbər verir ki, bu dəyişikliklər müsbət bir addımdır. R.Əliyevin sözlərinə görə, “əyri” işləyən tikinti şirkətlərinin qarşısını alacaq: “Ancaq nəzərə almaq lazımdır ki, bu qanun işləsə, tikinti sektoru və əmlak bazarında bir sıra dəyişiklikləri görəcəyik”.

Ekspert hesab edirki, ilk növbədə bankların tikinti sektoruna inteqrasiyası artacaq: “Çünki tikinti şirkətlərinin əksəriyyəti gördüyü işə nisbətən daha çox pul alırdılar. Bazarın yaxşı vaxtlarında, məsələn, binanın tikintisinin ortasında artıq pul vəsaitlərinin əksəriyyətini alırdılar və həmin pulları digər layihələrə yönəldirdilər. İndi isə o pulları almağa imkan verməyəcəklər və belə halda maliyyə qurumlarına müraciət etməli olacaqlar. Digər tərəfdən tikinti şirkətləri artıq işin sürətinə fikir verəcəklər. Məsələn, mənzilləri satıb əsas pulları qazanırdılar, sonra isə qalan tikintini isə “əhvallarına” uyğun davam etdirirdilər. İndi isə işi görəndən sonra pulunu alacaqlar”.

Ən əsası R.Əliyev deyir ki, vətəndaşlar artıq çıxarışı (kupçanı) əvvəldən alacaqlar: “Mənzil mülkiyyəçiləri artıq torpaq sahəsinin də mülkiyyətçisi olacaqlar. Tikinti başa çatmasa və tikinti şirkəti binanı təhvil verməsə, o yerdə qalan 5%-ni ala bilməyəcək. Təhvil verəndən sonra isə binanı tərk etməli olacaq və kommunal, həmçinin digər xidmət ödənişləri almayacaqlar”.

Vüsalə

Gununsesi.info