Əfqan Muxtarlı fevralın 20-də yenidən məhkəmə qarşısına çıxarılır

  • Müəllif: admin
  • 09 Fevral 2018 16:04

Fevralın 20-də Şəki Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının 6 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş şikayətə baxılacaq. Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib.

Gununsesi.info xəbər verir ki, jurnalistin apellyasiya şikayətini Rəfael Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdıracaq.

Qeyd edək ki, Ə.Muxtarlı ötən il mayın 29-da həbs olunub. İttihama görə, o, həmin gün saat 22.40 radələrində Balakən rayonu ərazisində Gürcüstan Azərbaycana qanunsuz keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, onun üzərindən 10 min avro tapılıb.

Jurnalistə Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Ə.Muxtarlı Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Gülər

Gununsesi.info