Təmas xəttində monitorinq keçiriləcək

  • Müəllif: admin
  • 20 Dekabr 2016 12:35

atet

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 21-də Qazax rayonu istiqamətində Azərbaycanın Ermənistan ilə dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller, Ermənistan tərəfindən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Xristo Xristov və Piter Şvedberq keçirəcəklər.

Gununsesi.info