Təmir sexi içindəki “Niva” ilə birgə yandı

  • By admin
  • 04 Yanvar 2022 11:27

Neftçala şəhərində ümumi sahəsi 108 m² olan avtomobil təmiri sexinin tavanı və içərisində təmirə dayanan “Niva” markalı minik avtomobilinin salon hissəsi yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan sexin şiferdən ibarət dam örtüyü 7 m² sahədə dağılıb.

Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info