“”Tərtər işi”ni kim törədibsə, ödənilməli məbləğ onların üzərinə qoyulmalıdır” - Fazil Mustafa

“Hər bir şeyin dövlətin üzərinə qoyulması doğru deyil. “Tərtər işi”nə görə məhkəmə 182 min manat vəsait öhdəlik qoyub. Bunu Maliyyə Nazirliyi verməlidir. Niyə bunu nazirlik ödəməlidir?

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu cinayəti kim törədibsə, həmin məbləğ onların üzərinə qoyulmalıdır: “Hər şeyin yolunu daha dərin tapmalıyıq ki, dövlətin üzərindən yük azalsın”.

F.Mustafa qiymət artımlarından da danışıb. O qeyd edib ki, xaricdən aldığımız ərzaq məhsullarının qiyməti günbəgün artır: “İkirəqəmli inflyasiya nə qədər aşağı salınmış olsa da, indiki vəziyyətdə manatın dəyəri xeyli aşağı düşüb. Bunun üzərində düşünməliyik”.

 

 

Gununsesi.info