“Təşəkkürlər Oleq Kuznetsov” - QƏNİRƏ PAŞAYEVA

  • By admin
  • 07 Avqust 2017 12:06

qenire2

“Gerçəklikləri yazan tarixçiləri ermənilər dünyanın hər yerində təqib edir, ondan hüquq-mühafiqə orqanlarına şikayətlər göndərərək susdurmağa çalışırlar. Bu istiqamətdə ciddi çalışırlar”. 

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili Qənirə Paşayeva hamını erməni yalanlarını ifşa edən rus tarixçisi Oleq Kuznetsovun müdafiəsinə səsləyib.

“Oleq Kuznetsov Rusiyada nadir tarixçilərdən biridir ki, ermənilərin törətdiyi əməlləri, ermənilərlə bağlı gerçəklikləri Rusiya ictimaiyyətinə çatdırır. O, “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabının müəllifidir. Ermənilər Rusiyada ondan şikayət edib və Kuznetsov İstintaq Komitəsində dindirilib. Bu gün ona qarşı ermənilərin bu hucumlarına qarşı ilk öncə mənəvi dəstəyimizlə hər birimiz onun yanında olmalıyıq. Eyni zamanda ona qarşı bu çirkin təbliğat və əməllərin qarşısını almaq üçün də dəstək olmalıyıq. Bu, ermənilərin siyasətidir. Bu cür tarixçilərə qarşı davamlı təzyiqlər etmək, çirkin addımlar atmaqla başqalarına bu cür addım atsan səni də bu aqibət gözləyir məsajı vermək. Ermənilərlə bağlı gerçəklikləri yazdığın üçün təşəkkürlər Oleq Kuznetsov. Yanınızdayıq! Çünki siz bu məsələdə həqiqətlərin yanındasınız və tarixçi kimi məşğul olduğunuz sahəyə xəyanət edib, təzyiqlərdən çəkilib yalanları deyil, ermənilərin bütün təzyiqlərinə baxmayaraq gerçəklikləri yazmağa çalışıbsınız və çalışırsınız”, deyə millət vəkili qeyd edib.

Gülnaz Qənbərli

Gununsesi.info