İranı qarışdıran selfi - FOTO

  • By admin
  • 07 Avqust 2017 12:00

24

Dünən İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin inaqurasiya mərasimi keçirilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranın Ali dini lideri Ayətullah Xamenei tərəfindən prezidentliyi təsdiq edilən Həsən Ruhaninin andiçmə mərasimi İslami Şura Məclisində (parlament) keçirilib.

Belə ki, Həsən Ruhaninin inaqurasiya mərasimində iştirak edən bəzi millət vəkillərinin Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Federika Moqherini ilə şəkil çəkdirmək istəyi və ölkədəki Əhli Sünnə nümayəndələrinin mərasimə dəvət edilməməsi ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub.

Millət vəkili Mahmud Sadiqi özünü “Tvitter” hesabından isə Əhli Sünnə nümayəndələrindən Sistan-Bəlucistan əyalətinin İmamı Abdulhamid İsmailzəhinin mərasimə dəvət olunmamasını tənqid edib.

Anar

Gununsesi.info