
Çinli mühəndislər tərəfindən hazırlanan dünyanın ən böyük amfibiya-təyyarəsi “AG600” su üzərindən uçuş sınaqlarını uğurla başa vurub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Çinin Aviasiya Sənaye Korporasiyası (Aerospace Industry Corporation of China) məlumat yayıb.
Belə ki, təyyarənin həm yerüstü, həm də su üzərindəki sınaqları uğurla yekunlaşıb. Amfibiya-təyyarəsinin uzunluğu 37 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili isə 4500 km təşkil edir.
Təyyarə 20 saniyə ərzində 12 ton su toplaya bilir. 12 saat havada qala bilən təyyarə, eyni zamanda tək yanacaq çənində 370 tona qədər su daşıma qabiliyyətinə də malikdir.
“AG600” layihəsinin baş mühəndisi Vanq Shuzhe Çinin dövlət televiziyası “CCTV” kanalına açıqlama verərək bildirib ki, bu layihənin işlənib hazırlanması və onun həyata keçirilməsinə zərurətdən irəli gəlib: “Bu, təyyarə Çinin Aviasiya Sənaye Korporasiyasının daxili imkanları hesabına inşa olunub. Təyyarə havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün nəzərdə tutulub”, – deyə o, əlavə edib.
Anar
Gununsesi.info












