Təyyarə yaşayış evinin üstünə düşdü - 3 ÖLÜ

  • By admin
  • 10 Oktyabr 2017 07:30

teyyare

Braziliyanın San-Paulu ştatında yüngülmotorlu təyyarə yaşayış evinin üstünə düşüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,  təyyarənin göyərtəsində olan 3 nəfər ölüb.

Qəza nəticəsində fərdi yaşayış evi qismən dağılsa da, orada yaşayan sakinlərə zərər dəyməyib.

İnsidentin səbəbi müəyyənləşdirilir.

Gununsesi.info