“Təyyarələrimizi Ukraynaya göndərməyəcəyik” - POLŞA PREZİDENTİ

  • By admin
  • 01 Mart 2022 18:39

“Polşa Ukraynadakı münaqişədə tərəfi deyil və öz təyyarələrini ora göndərməyəcək”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Polşa Prezidenti Andjey Duda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra bildirib.

“Biz öz təyyarələrimizi (Ukraynaya – red.) göndərmirik, əks halda bu, NATO-nun münaqişəyə daxil olması demək olardı. Alyans münaqişədə tərəf deyil. Təyyarələrimiz hazırda Ukraynaya uçmur”, – deyə Polşa Prezidenti vurğulayıb.

 

 

Gununsesi.info