Taekvondo üzrə ölkə çempionatına start verilir

  • By admin
  • 24 Dekabr 2019 13:58

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkə birinciliyi və çempionatına start verilir.

Gununsesi.org Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, yarışlar Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

Yeniyetmələr arasında yarışlar 24-25 dekabr tarixlərində baş tutacaq. Dekabrın 26-27-də gənc taekvondoçular arasında respublika birinciliyi, dekabrın 28-də isə böyüklər arasında ölkə çempionatı keçiriləcək.

Gununsesi.org