Tahir Kərimli: “Baş nazirlər prezidenti devirmək üçün fürsət güdür” - REFERENDUM GƏLƏCƏK SABİTLİYƏ HESABLANIB

  • By admin
  • 27 İyul 2016 10:14

3467c05f-aded-46df-8a93-9bd8d3e38878

“Azərbaycanda parlament üsul-idarəsinin tətbiq olunmasını istəsəm də, ancaq son dövrlərdə dünyada və qonşu ölkələrdə baş verən hadisələrdən sonra Konstitusiyaya edilən dəyişiklikləri məqbul hesab edirəm”. Bunu Gununsesi.info-ya açqlamasında millət vəkili Tahir Kərimli deyib. Onun sözlərinə görə, artıq Konstitusiya Məhkəməsi prezident tərəfindən Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərlə bağlı təkliflərə müsbət rəyi verib: “Konstitusiya Məhkəməsinin rəyinə əsasən referenduma təqdim olunan layihə Konstitusiyaya və beynəlxalq hüquqa zidd deyil”. O, Azərbaycanda bəzi müxalif təşkilatların Konstitusiyaya ediləcək dətyişikliklərlə bağlı irəli sürdüyü iddiaları da əsassız və arqumentsiz hesab edir: “Onların dedikləri hüquqa söykənmir. Bu iradlar siyasi müxalifətçilikdən irəli gələn məsələlərdir”. T.Kərimli deyib ki, Konstitusiyada prezidentlik müddətinin artırılması, yaş senzinin aradan qaldırılması, vitse-prezidentlik institutunun tətbiq edilməsi, insan hüquq və azadlqları ilə bağlı təkliflər beynəlxalaq paraktikaya söykənir və burada nə beynəlxlaq hüquqa, nə də demokratik dəyərlərə ziyan dəyir. “Əksinə insan hüquq və azadlıqlarının, demokratiyanın təməl prinsiplərinin daha təkmil qaydada qorunmasına şərait yaradır”-deyə, T. Kərimli vurğulayıb. T. Kərimli əlavə edib ki, bəzi müxalif qüvvələrin sosial şəbəkələrdə, mətbuatda yazdığı fikirlərə baxır və hesab edir ki, onların arqumentlərinin heç bir hüquqi əsası yoxdur: “Onların hamısı siyasi yönümlü bəyanatlardır. Onda belədirsə, ölkədə siyasi sabitlik hər şeydən üstündür. Xüsusən də Türkiyədəki son hadisələrə, dünyanın digər ölkələrində baş verənlərə nəzər saldıqda, o zaman Azərbaycanda Konstitusiyaya nəzərdə tutulan dəyişiklikləri mən müsbət və vaxtında həyata keçirilən siyasi islahat kimi dəyərləndirirəm. Çünki siyasi sabitlik və təhlükəsizlik hər şeydən önəmlidir. Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik olmadan nə demokratiya, nə iqtisadi inkişaf, nə də insan haqlarının qorunması mümükndür. Hesab edirəm ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər ölkədə sabitliyin və təhlükəsizliyin bərqərara olmasına, eyni zamanda, dövlətçilyin möhkəmlənməsinə, daha effektiv dövlət idarəçiliyinə, gözlənilən çağırışlara və təhdidlərə daha operativ və effektiv reaksiya verməyə imkan yaradır. İndiki məqamda,yəni, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu bir halda, Azərbaycanda daha mükəmməl və güclü prezident üsul-idarəsinə ehtiyac var”. Millət vəkili deyib ki, baxmayaraq biz Vəhdət Partiyası olaraq biz 1918-ci ildə Demokratik Cümhuriyyətdəki kimi parlament üsul-idarəsinin tətəbiqnin tərəfdarı idik, ancaq tarixin təcrübəsi bunun əksini sübut etdi: “Yəni, ortaya hakimiyyət eşqinə düşən elə bir qüvvə çıxa bilər ki, bu ölkəni fəlakətə sürükləyər. Ölkənin məhvinə gətirib çıxara bilər. Hesab edirəm ki, bəlkə 90-cı illərin əvvəlində Azərbaycanda güclü prezident institutu formalaşsaydı, ən azından bu qədər torpaqlarımız işal olunmazdı və problemi zamanında həll edə bilərdik”. Baş nazir institutu ilə paralel olaraq vitse-prezidentlik institutunun yaradılmasına mövqeyini açıqlayan millət vəkili deyib ki, gələcəkdə elə bir baş nazir ortaya çıxıb siyasi ambisiyasını ortaya qoyub, dövlət çevrilişi cəhdi etməyə qalxar ki, bu, ölkədə çaxnaşma yarada bilər. “Vitse-prezidentlik institutu gözlənilən xoşagəlməz hadisələri dəf etməyə xidmət edir. Çünki baş nazir biləcək ki, ölkə başçısı ölkəni idarə edə bilmədikdə, onun vəzifəsini baş nazir deyil, birinci vitse-prezidnet icra edəcək. Bax bu institutun yaradlması belə xoşagəlməz meyllərin qarşısını almağa xidmət edir. Ona görə də baş nazir ancaq hökumətə rəhbərlik edib, ölkənin iqtisadiyyatı və onun inkiaşaf etdirilməsi ilə məşğul olmalıdır.  Daha siyasi ambisyalara uyub hakimiyyəti ələ keçirməyə yox. Baş nazirlər prezidenti devirmək üçün fürsət güdür.Dünyada belə praktika var. Baş nazir hakimiyyəti ələ keçrimək eşqinə düşüb, hakimiyyət çevrilişi  və ya buna cəhd edib. O baxmdan, Azərbaycanda elə bir qarışıq system yaradılır ki, baş anzir ancaq iqtisadiyyatla məşğul olur və siyasi idarəetməyə müdaxilə etmir. Vitse-prezidentlik institutu isə bu təhlükələrin önləmək üçün yaradılan institutdur. Bu dəyişiklik də ölkədə sabitliyin qorunmasına, dövlətçiliyin daha yaxşı idarə olunmasına və ölkə başçısına qarşı yönələn təhlükələrin aradan qaldırlmasına, ona mane olmağa xidmət edən dəyilikliklərdir. Bu baxımdan, mən bu dəyişiklikləri müsbət dəyişiklik hesab edirəm”-deyə, millət vəkili vurğulayıb.

Mürtəza Bünyadlı

Gununsesi.info