“Taliban” belə çaşıb qaldı: Kimsə bunu gözləmirdi – VİDEO

  • By admin
  • 16 Avqust 2021 09:03

May ayından başlayaraq hücumların sayını artıran “Taliban” Əfqanıstanın idarəetməsini tam şəkildə ələ keçirib. 10 gündür şəhər mərkəzlərinə hücum edən, 31 vilayəti ələ keçirən “taliblər” sonda paytaxt Kabilə giriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Haber 7” məlumat yayıb.

Bildirilib ki, “Taliban” rəhbərliyi proseslərin belə sürətlə davam etdiyinə heyrətini gizlətməyib.

Hərəkatın Qətərdəki Siyasi Bürosunun rəhbəri Molla Abdul Qani Biradar çaşqınlıq qarşısında qaldıqlarını etiraf edib:

“Belə bir uğuru bu qədər tez və rahat əldə edəcəyimizi gözləmirdik”

Xatırladaq ki, bazar günü axşam saatlarından başlayaraq “Taliban” Əfqanıstanı tam şəkildə nəzarətə götürüb.

Gununsesi.info