“Taliban” polisləri hədəf seçdi  - 6-sı həlak oldu

  • Müəllif: admin
  • 04 İyul 2018 14:41

“Taliban” polisləri hədəf seçdi

 

“Taliban” radikal terror qruplaşması Əfqanıstanda polislərə hücum edib. 

Gununsesi.info “Pajvak” agentliyinə istinadən xəbər verir ki, terrorçular paytaxt Kabildə 6 polisi öldürüb, 4-ünü isə yaralayıb. Hadisənin hansı şəraitdə baş verməsi barədə hələlik məlumat yoxdur.

 Qeyd edək ki, daha əvvəl ölkə rəhbəri Əşrəf Qəni Ramazan bayramı ilə əlaqədar 11-19 iyun tarixlərində “Talibanla” atəşkəs elan etmişdi.