Talibançılar kimlərdir?

  • By admin
  • 24 Yanvar 2023 17:28

Taliban Əfqanıstanın siyasi və mübarizə tarixində önəmli yeri olan qruplaşmadır.

Hərəkatın fəaliyyətləri ilə bağlı tarixi-siyasi araşdırmanı Gununsesi.info “BBC”yə istinadən təqdim edir.

Taliban Amerikan liderliyindəki bir əsgəri birlik tərəfindən iqtidardan uzaqlaşdırıldıqdan 20 il sonra 2021-ci ildə Əfqanıstanın idarəsini geri aldı.

Radikal dini qrup ölkə boyunca sürətlə irəlilədi və əfqan ordusunun çökdüyü keçən il 15 avqustda paytaxt Kabili almazdan öncə bölgə-bölgə ələ keçirdi.

Ayrılmağı qəbul edən yad-xarici qüvvələr irəliləyişin sürəti qarşısında çaşqınlığa uğrladılar və çıxışlarını tezləşdirmək məcburiyyətində qaldılar. Qərb dəstəkli bir çox əfqan hökumət lideri qaçdı. Taliban idarəsindən qorxan minlərlə yurddaş ölkə çölünə uçuşlar üçün cəhdlər etdi. Həftələr içində Taliban bütün Əfqanıstanın idarəsini ələ keçirdi. Hansı ki, 1996-2001-ci illər arasındakı ilk iqtidar dönəmlərində bacarmadıqları bir şey idi.

Qrup uzun illər sürən qanlı, ancaq uğurlu bir gerilla kampaniyasının ardından 2020-ci ildə Amerikan hərbi birliklərinin geri çəkilməsi ümün Vaşinqtonla anlaşma əldə etmişdi.

 

 

Anlaşmaya görə Yaliban əsla gerçəkləşəməyən milli barışıq görüşlərini və Əl-Qaiəd ilə digər hərbçilərin Taliban-ın nəzarət etdiyi bölgələrdə fəaliyyət göstərməsinin qarşısını almağa söz verdi.

Qrupun yenidən iqtidara gəlməsinin ardından Əfqanıstan ekonomiyası partladı. Əhalinin böyük qismi yemək və digər təməl ehtiyac maddələrinə çatmaq üçün yetərli pulu tapmaqda çətinlik çəkdi.

Beynəlxalq ictimaiyyət Taliban-ın təhlükəsizlik, idarə və bütün qız uşaqlarının təhsilinə icazə verilməsi də daxilm omlaqla, insan haqları mövzularında hələ də yerinə yetirilməsi gərəkli olan vədlərin gerçəkləşdirilməsini gözləyərkən, ölkə çölündə saxlanan milyardlarla dollarlıq əfqan varlığı donduruldu.

 

İqtidara yüksəlmək

Taliban və ya peştu dilində “tələbələr” 1990-cı illərin başlanğıcında Sovetlər qüvvələrini Əfqanıstandan çəkdikdən sonra şimali Pakistanda ortaya çıxdı.

Ağırlıqlı olaraq Peştun hərəkətinin ilk olaraq Sunni İslamın sərt növünü vəəz edən – çoxluqla S. Ərəbsitandan gələn pulla ödənən dini məktəblərdə ortaya çıxdığına inanılır.

Qruplaşmasının verdiyi söz iqtidara gəldikdə barışıq və təhlükəsizliyi yenidən təsis etmək və sərt öz şəriət versiyalarını – İslam hüququnu tətbiq etmək idi.

 

Qruplaşma Əfqanıstanın cənub-qərbində öz nüfuzunu genişlətdi. Sentyabr 1995-ci ildə İran sərhəddindəki Herat bölgəsini ələ keçirdilər.

Tam 1 il sonra Əfqanıstanın paytaxtı Kabili ələ keçirərək Sovet işğalına dirənən əfqan mücahidlərin qurucu atalarından biri olan dövlət başçısı Bürhanəddin Rəbbaninin rejimini devirdilər. 1998-ci ildə Taliban Əfqanıstanın 90 %-nə yaxınını idarə edirdi.

Sovetlərdən sonra mücaidlərin radikallığından və iç toqquşmalarından bezən əfqanlar bütövlükdə, Taliban-ı məmnuniyyətlə qarşıladılar.

Erkən tanınmışlıqları böyük ölçüdə rüşvəti ortadan qaldırma, qanunsusluğun qarşısını alma və kontrolları altındakı yolları və yerləri ticarətin inkişafı üçün təhlükəsiz hala gətirməkdəki uğurlarından qaynaqlanırdı.

Gətirdikləri yeni qaydalarla kişilərin saqqal buraxması, qadınların hər yerlərini örtən palyarlar geyinməsi lazım idi.

Taliban, ayrıca televiziya, musiqi və kinonu qadağan etdi. 10 yaşının üzərində olan qızların məktəbə getməsini təsdiqləmədi.

Çeşidli insan haqları və mədəni pozuntularla ittiham edildilər. Məndi şöhrətləri bir örnək: 2001-ci ildə Taliban beynəlxalq qəzəbə baxmayaraq, Əfqanıstanın mərkəzindəki tanınmış Bamiyan Buda heykəllərini tıxmağa davam etmişdi.

 

 

Pakistan dəfələrlə Talibanın yaradılmasının memarı olduğunu rədd etdi. Ancaq hərəkətə ilk qatılan bir çox əfqanın Pakistandakı mədrəsələrdə təhsil aldıqlarına dair çox az şübhə var.

Pakistan, ayrıca S. Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Əfqanıstanda ilk dəfə iqtidara gəldiklərində, Taliban-ı tanıyan 3 ölkədən biri idi. Eləcə də, qrupla əlaqələrini qoparan son ölkə oldu.

 

Əl-qaidə sığınacağı

11 sentyabr 2001-ci ildə Nyu-Yorkda gerçəkləşdirilən Dünya Ticarət Mərkəzinə hücumlardan sonra dünyanın diqqəti Əfqanıstandakı Taliban-a yönəldi.

7 oktyabr 2001-ci ildə Amerikanın başçılığı ilə bir əsgəri ittifaq Əfqanıstana hücumlar başlatdı. Dekabr ayının ilk həftəsində Taliban rejimi çökdü. Qrupun o zamankı lideri Molla Ömər və aralarında Bin Ladenin də olduğu digər yüksək səviyyəli adamlar yaxalanmadan canlarını qurtara bilmişdilər.

2013-cü ildə Taliban-ın Qətərdə bir ofis açmağı planladığını açıqlaması ilə müzakirə edilmiş barışıq ümidləri artdı. Ancaq hər tərəfdə etimadsızlıq yüksək oldu və şiddət davam etdi.

2015-ci ilin avqust ayında Taliban Molla Ömərin (iddialara görə Pakistanda bir xəstəxanada) sağlıq problemləri səbəbi ilə ölümünü ört-basdır etdiyini etiraf etdi.

Sonrakı ay həftələrdir davam edən toqquşmaları bir kənara buraxdığını və Molla Ömərin köməkçisi olan Molla Mənsurun ətrafında toplandığını açıqladı.

Eyni zamanlarda Taliban 2001-ci ildəki yenilməsindən bəri ilk dəfə bir əyalət paytaxtının kontrolunu ələ keçirərək strateji baxımdan önəmli Qunduz şəhərinin kontrolunu ələ keçirdi.

Molla Mənsur 2016-cı ildə Amerikan PUA-sı ilə öldürüldü. Yerinə qrupun idarəsini əlində tutan Mevlevi Hibatullah Ahundzadə keçdi.

 

Gücü ələ keçirmək

2020-ci ildə Amerika-Taliban barışıq anlaşması imzalanır. Əfqan yetkililər hökumətin beynəlxalq dəstək olmadan Taliban-a baxmayaraq müdafiəsiz olacağı mövzusunda ciddi narahatlıqlar keçirməsinə baxmayaraq, 2021-ci ilin aprelində Amerika Prezidenti Co Bayden 11 sentyabra qədər ölkəsinin hərbi qüvvələrinn bu ölkəni tərk edəcəyini açıqladı.

İyirmi illik savaşda bir super gücü araxada buraxan Taliban bir xarici qüvvənin geri çəkilməsinin ardından Kabildəki bir hökuməti növbəti dəfə devirməzdən öncə geniş torpaqları ələ keçirməyə başladı.

Əfqanıstanı, sadəcə 10 gündə süpürdülər. 6 avqustda bölgə paytaxtını aldılar. 15 avqustda isə Kabiliin qapılarına dayandılar.

Şimşək kimi irəliləmələri on minlərlə insanın evlərini tərk etmələrinə səbəb oldu. Digərləri isə qonşu ölkələrə yola çıxdı.

Talibanın idarəsi altında yaşayan əfqanların gələcəyi olduqca naməlumluğunu qoruyur. Çox adam savaşın bitməsinə sevinərkən milyonlar həyatda qalma mübarizəsi verir.

İqtidara gəldikdən bu yana 1 il içində heç bir ölkə Taliban hökumətini tanımadı.

Hərəkət içindəki mühafizəkarlar qadınların işləməsi, ifadə azadlığı və qızların 15 yaşınadək məktəblərdə tədrisinə müsbət yanaşsalar da, bu da xaricilərin əllərində olan pullarının yaxın zamanda dondurulmaqdan qurtulacağına ümid vermir.

 

Tərcümə: Arzu Sayaadoğlu

Gununsesi.info