Talıbov 14 mərtəbəli hotelində cəmi 7 təmizlikçi işlədirmiş

  • By admin
  • 12 Yanvar 2023 18:57

Vasif Talıbovun Naxçıvan rəhbərliyindən uzaqlaşdırıkmasının ardından onun yerli əhaliyə qarşı illər ərzində tutduğu divandan danışılır.

Gununsesi.info  əslən Naxçıvandan olan jurnalist Heydər Oğuzun açıqladığı dəhşət doğuran bir faktı təqdim edir:

“Naxçıvanın ən böyük mehmanxanası “Təbriz” hotelidir. Naxçıvanın yeganə 5 ulduz hoteli sayılır.

14 mərtəbəli hotelin cəmi 7 xadiməsi var. Deməli hər xadiməyə 2 mərtəbə düşür.

Di gəl ki, xadimələrə aylıq məvaciblərinin 50%-i verilir. Yəni ayda 150-180 manat”.

Mais

Gununsesi.info