Tanınmış aparıcı: “Çox qəşəng qızam, amma seksual deyiləm”

  • By admin
  • 07 Oktyabr 2016 15:16

vusale_kerimova_000

ATV-nin tanınmış aparıcısı Vüsalə Kərimova özündən danışıb.

Gununsesi.info xəbər verir bu barədə big.az-a açıqlama verən aparıcı özünü seksual qadın hesab etmədiyini bildirib:

“Özümü seksual görüntüsü olan aparıcı hesab etmirəm. Bu mənim həyat tərzimə, fikirlərimə də uyğun deyil. Ona görə ola bilməzdim. Düzdür, aparıcı hər bir sahəni bacarmalıdır, yeri gəlsə onu da bacarmalıdır. Amma mən bunu bacarmazdım. Əslində çox qəşəng qızam, amma seksual deyiləm”.

V.Kərimova homoseksuallara münasibətindən danışıb. O bildirib ki, belə insanları xəstə hesab edir:

“Elələrinə gülürəm. Amma güldüyüm üçün hərdən özümü danlayıram. Çünki onlar xəstədirlər. Əhatəmdə elələri var, amma bilirəm ki onlardan ziyan gəlməz. İnsan istəyərək homoseksual olmur, o Allahın yaratdığı bəndədir”.