Tanınmış azərbaycanlı şair xəstəxanaya yerləşdirildi

  • Müəllif: admin
  • 06 Noyabr 2017 14:30

Tanınmış şair Rüstəm Behrudi özəl xəstəxanaların birinə yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, şair bu saatlarda əməliyyat olunacaq.

Gununsesi.info xəbər verir ki, yenicag.az xəstəxana ilə əlaqə saxlayıb. Şairin həkimi Cəfər Nəsirli xəbəri təsdiqləyib:

“Bu dəqiqələrdə Rüstəm Behrudi əməliyyata hazırlanır. O, əzələ yırtığından əziyyət çəkir. İnşallah, əməliyyat uğurla keçəcək”.

Qeyd edək ki, Rüstəm Behrudi bundan öncə ağır ürək əməliyyatı da keçirib.

Gununsesi.info