Tanınmış futbolçu 3 il müddətinə həbs oluna bilər - VERGİ MƏSƏLƏSİNƏ GÖRƏ

  • By admin
  • 31 İyul 2017 16:58
ronaldonun adi

“Real” (Madrid) futbol klubunun və Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo bu gün məhkəmədə ifadə verib.

Gununsesi.info-nun məlumatına görə, futbolçu vergidən yayınmaqda ittiham edilir.

K.Ronaldo saat yarım ərzində ifadə verdikdən sonra məhkəmə salonundan ayrılıb.

İspaniya prokurorluğu futbolçunun 2010-cu ildən başlayaraq 14,7 milyon avro həcmində vergidən yayındığını iddia edir.

Bu ittihamlar təsdiq olunarsa, K.Ronaldo 3 il 6 ay müddətinə həbs cəzasına və 28 milyon avro cərimə ödəməyə məhkum edilə bilər.

Xatırladaq ki, bir müddət əvvəl İspaniyada top qovan digər ulduz fubolçu Lionel Messi 10 milyon avrodan vergidən yayınmaqda edilərək 21 ay müddətinə şərti həbs cəzasına məhkum edilmişdi.

Gununsesi.info